Modern.az

Pilot siniflərdə monitorinqlərə başlanılıb

Pilot siniflərdə monitorinqlərə başlanılıb

Təhsil

18 May 2023, 13:00

Mayın 1-dən etibarən ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə ARTİ tərəfindən monitorinqlərin keçirilməsinə başlanılıb.

 

Bu barədə Modern.az-a Təhsil İnstitutundan məlumat verilib.

 

Monitorinqlərin keçirilməsində məqsəd Respublika üzrə IV və V siniflərdə Azərbaycan dili (tədris dili və dövlət dili) və riyaziyyat, IV siniflərdə ingilis dili və VI siniflərdə təbiət fənni üzrə yeni hazırlanmış dərsliklərin istifadəsinin müşahidəsi, tədris zamanı ortaya çıxan çətinliklərin araşdırılması, pilot siniflərdə dərs deyən müəllimlərin yeni dərsliklərin məzmunu ilə bağlı irad və təkliflərin öyrənilməsi, həmin siniflərin şagirdlərinin dərslikdəki mövzuları mənimsəməsini yoxlamaqdır.

 

Sonda monitorinqin nəticələri ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə təhlil olunacaq və müəllif komandasına göndəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var