Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, imtahanda 1 nəfər maksimum - 300 bal toplayıb.
Yüksək nəticə göstərən şagird Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil alan Məmmədli Məhəmməd Qurban oğludur.
Qeyd edək ki, aprelin 16-da keçirilən imtahanda da 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.