Modern.az

Rəsulzadənin nəvəsi həkim nəzarətinə götürülüb

Rəsulzadənin nəvəsi həkim nəzarətinə götürülüb

3 İyul 2013, 12:01

Modern.az-ın xəbər verdiyi kimi, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bu yaxınlarda cərrahi əməliyyat keçirib. Hazırda R. Rəsulzadə evdə həkim nəzarəti ilə müalicəsini davam etdirir.

Bu barədə Modern.az-a məlumat verən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının sözlərinə görə, həkimlər Rəis Rəsulzadənin həyatı təhlükəsinin olmadığını bildiriblər.

“Hazırda Rəis Rəsulzadə evdə müalicəsini davam etdirir. Həkimlər dediyinə görə, həyatı təhlükəsi yoxdur. Müalicə də normal gedir. Həkim nəzarətindədir. Narahat olanlara da təşəkkürünü bildirib”, – deyə G. Aslanlı məlumat verib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...