Modern.az

3 imperiyanı süqut etdirən bir qətl – “Məşhur dövlət və hökumət başçılarına sui-qəsdlər”

3 imperiyanı süqut etdirən bir qətl – “Məşhur dövlət və hökumət başçılarına sui-qəsdlər”

3 İyul 2013, 14:09

Modern.az “Məşhur dövlət və hökumət başçılarına sui-qəsdlər” rubrikasından növbəti yazını təqdim edir.

Birinci Dünya müharibəsinin başlanmasına səbəb olan bu sui-qəsd nəzərdə tutulduğundan daha böyük hadisəyə çevrildi. Qəsdçilərin ağlına belə gəlməzdi ki, onların törətdiyi cinayət 20 milyon insanın öldüyü, 55 milyon insanın yaralandığı və 3 imperiyanın süqutuna səbəb olacaq müharibəni alovlandıracaq. 28 iyun 1914-cü ildə Avstriya-Macarıstan imperiyasının tərkibində olan Sarayevo (Bosniya) şəhərinə səfər edən ers-hersoq (vəliəhd) Frans Ferdinand öldürüldü. Qətli Qavrila Prinsip və Danil İliçin rəhbərilk etdiyi “Gənc Bosniya” (“Mlada Bosna”) gənc inqilabçı serb təşkilatı həyata keçirdi.

1912-ci ildə yaranan “Mlada Bosna” təşkilatı 1878-ci ildən Avstriya-Macarıstan imperiyasına birləşdirilmiş Bosniyanın azadlığı və Serbiyaya birləşdirilməsi uğrunda mübarizə aparırdılar. Həmin gün Frans Ferdinand həyat yoldaşı Quqenberq hersoginyası Sofiya və onları müşayiət edən şəxslər şəhər vağzalına gəlirlər.

Burada onları Bosniya qubernatoru Poterek qarşılayır. 6 maşından ibarət olan maşın karvanında 3 maşına əyləşən vəliəhd şəhər mərkəzindəki rəsmi mərasimə yollanır. Küçəyə boyu onları izdihamlı kütlə salamlayır. Bu vaxt terrorçu təşkilatın üzvü Çabrinoviç Frans Ferdinandın olduğu üstüaçıq limuzinə doğru barıt dolu bomba tullayır. Lakin sürücü çevik tərpənərək maşının sürətini artırır və bomba arxadan gələn maşının təkəri altında partlayır. Baş verən partlayışda 20 nəfər şəhər sakini xəsarət alır. Şəhər idarəsinə çatan Ferdinand şəhərin onu bomba ilə qarşılanmasından qəzəblənərək qəsdçilərin tapılmasını tələb edir. Lakin nəzərdə tutulan rəsmi mərasim həyata keçirilir. Bundan sonra vəliəhd xəstəxanaya yollanaraq yaralılara baş çəkməyə gedir. Lakin sürücülər yolu yaxşı bilmirdilər. Belə ki, şəhər idarəsindən çıxan maşın karvanındakı ilk iki maşın ayrı istiqamətə gedirlər.

Frans Ferdinandın və həyat yoldaşının olduğu 3-cü maşın isə əks istiqamətə gedir. Vəliəhdin sürücüsü səhvini anlayıb, yol ayrıcında maşını döndərməyə çalışan zaman digər qəsdçi Qavrila Prinsip onları görür. Restoranda nahar edən Prinsip artıq qəsdin uğursuzluğa düçar olduğunu düşünsə də, pəncərədən vəliəhdin maşının görür. Dərhal üzərində gəzdirdiyi tapança ilə maşına 2 metrədək yaxınlaşan prinsip 3 dəfə atəş açır. Həm hersoginya Sofiya, həm də vəliəhd Frans Ferdinandı qətlə yetirir. Bundan sonra özünü də öldürmək istəsə də yaxınlıqdakı insanlar tərəfindən tutularaq polisə təhvil verilir.

Qətldən dərhal sonra Avstriya-Macarıstan imperiyası sui-qəsddə əli olan Serbiya dövlətinə bir neçə tələb irəli sürür. Serbiya dövləti “İyul Ultimatumları” kimi tarixə düşən bu tələbləri qəbul etsə də Avstriya Ferdinandın qətlindən 1 ay sonra 28 iyul 1914-cü ildə Serbiyaya müharibə elan edir. Tezliklə müharibəyə Almaniya və Rusiya imperiyaları da qoşulur. Beləliklə, 4 il davam edəcək I Dünya müharibəsi başlayır. Sui-qəsdçiləri gəldikdə qətli törədən Qavrila Prinsip yetkinlik yaşına çatmayan şəxs olaraq 20 il müddətinə azadlıqdan məhrum edilir. Vərəm xəstəliyində n əziyyət çəkən Q. Prinsip 1918-ci ilin aprelində cəza çəkdiyi Terzinştadt həbsxanasında dünyasını dəyişir. Qəsdin digər iştirakçıları Danila İliç, Velko Kubriloviç və Mişka Yovanoviç isə edam olunurlar.                 

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...