Modern.az

Azərbaycanda təhsil xərcləri 20 faiz artıb

Azərbaycanda təhsil xərcləri 20 faiz artıb

Təhsil

24 May 2023, 11:01

2022-ci ilin dövlət büdcəsində təhsil xərclərinə 3732,6 milyon manat məbləğində vəsaitə qarşı 3696,5 milyon manat istifadə olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub. 

 

Bu da proqnoza nisbətən 36,1 milyon manat və ya 1,0 faiz az, 2021-ci illə müqayisədə isə 604,3 milyon manat və ya 19,5 faiz çoxdur. Hesabat ilində təhsil xərcləri ÜDM-in 2,8 faizini, dövlət büdcəsi xərclərinin isə 11,5
faizini (2021-ci illə müqayisədə 0,2 faiz-bənd çox) təşkil edib. 

 

Eyni zamanda 2022-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil sahəsinə ayrılmış 234,0 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə təhsil sahəsinə dövlət büdcəsi xərclərinin 12,3 faizi həcmində (2021-ci illə müqayisədə 0,2 faiz-bənd çox) və ya 3930,5 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da 2021-ci illə müqayisədə 623,0 milyon manat və ya 18,8 faiz çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək