Modern.az

Tanınmış aktyor prezidentə məktub yazdı

Tanınmış aktyor prezidentə məktub yazdı

4 İyul 2013, 20:58


Tanınmış aktyor, telekanallarda aparıcı kimi fəaliyyət göstərən Nicat Kazımov prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, ölkə başçısının sərəncamı ilə “Əməkdar Artist” fəxri adına layiq görülən aktyor prezident İlham Əliyevə ehtiramını bildirib:

“Azərbaycanda peşəkar teatrın 140 illiyi münasibətilə səhnə xadimlərini müxtəlif orden və medallarla, fəxri adlarla təltif etmisiniz. Təltif olunanların sırasında mən də varam. Aldığım “Əməkdar Artist” fəxri adı 22 illik səhnə yaradıcılığıma verilən ən yüksək qiymətdir. Buna görə də cənab Prezident, Sizə dərin ehtiramımı və təşəkkürümü bildirirəm.

Sizin mənə və sənət yoldaşlarıma göstərdiyiniz etimad bizi Azərbaycan teatr sənətinin tərəqqisi naminə yeni-yeni yaradıcılıq axtarışlarına səsləyir.

Söz verirəm ki, bütün bilik və bacarığımı Azərbaycan teatr sənətinin inkişafına həsr edəcəyəm. Sizə Azərbaycan Respublikasının inkişafında böyük uğurlar arzulayıram”-deyə məktubda qeyd olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...