Azərbaycanda müəllimlərin maaşları kifayət qədər artırılır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
“Müəllimlər üçün sertifikasiya, diaqnostika var. Nə qədər yüksək nəticə göstərəcəklərsə, o qədər müavinətləri çox olacaq. Dövlət bu sahədə intensiv işlər görür”.
Komitə sədri eyni zamanda ucqar kəndlərdə dərs deyən gənclərin sayının artdığını bildirib: “Əvvəlki illərlə müqayisədə ucqar kəndlərdə dərs deyən gənclərimizin sayı artmaqdadır. Bu da müəllim peşəsi üçün müsbət haldır”.