Modern.az

ÜAK-dan OMON hücumu ilə bağlı AÇIQLAMA: “Azərbaycanlılar zorla polisə aparılıb”

ÜAK-dan OMON hücumu ilə bağlı AÇIQLAMA: “Azərbaycanlılar zorla  polisə aparılıb”

5 İyul 2013, 12:32

“Dünən OMON azərbaycanlıların ticarətlə məşğul olduğu “Moskvareçskiy” bazarına basqın edib”. Modern.az bildirir ki, bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresi məlumat yayıb. Rəsmi məlumatda deyilir ki, OMON bazara orda çalışanların sənədlərini yoxlamaq məqsədi ilə daxil olub. Sənədi olmayanlar və etiraz bildirənlər zorla avtobuslara mindirilib və polis məntəqələrinə aparılıb.

“Bazarda ticarət piştaxtaları dağıdılmayıb. Azərbaycanlı satıcılar bildiriblər ki, belə yoxlamalara artıq vərdiş ediblər. Bu cür yoxlamalar mütəmadi olaraq aparılır”-deyə ÜAK-ın məlumatında vurğulanır.

Qeyd edək ki, Modern.az  “Moskvareçiski” bazarına dünən OMON hücumu barədə ilk olaraq məlumat yayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...