Modern.az

Rövnəq Abdullayev siyahını təsdiqlədi

Rövnəq Abdullayev siyahını təsdiqlədi

5 İyul 2013, 13:00

2020-ci ildə futbol üzrə Avropa Çempionatının keçirilməsi üzrə Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Prezidentin 22 may 2013-cü il tarixli sərəncamına əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilatı işlərin görülməsi AFFA-ya həvalə olunub.
2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, UEFA-ya təqdim olunmaq üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə işçi qrupu yaradılıb. Modern.az-ın məlumatına görə, işçi qrupunun rəhbəri baş katib Elxan Məmmədov təyin olunub. Artıq işçi qrupunun tərkibi də açıqlanıb. Siyahıya bu şəxslər daxildir: Sərxan Hacıyev, Cavid Qarayev, Mikayıl Quliyev, Könül Mehdiyeva, Səbinə Hüseynova, Rəmiş Malıyev,  Elnur Məmmədov.

  Abbas Qəmli  
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...