DİN-in Təhlükəsiz Şəhər, Nəsimi RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 3-də Natiq Qarayevə məxsus “Ford” markalı avtomaşından 20 min dollar pulun Sumqayıt şəhər sakini Nicat Quliyev və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Akşin Əsədov tərəfindən oğurlanması müəyyən edilib.
DİN mətbuat xidmətinin məluamtına görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyev Sumqayıt şəhərinin ərazisində idarə etdiyi “Mercedes” markalı avtomaşında tutulub, A.Əsədovun tutulması istiqamətində isə tədbirlər davam etdirilir. N.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşına baxış zamanı başqa avtomobilə məxsus olan Az 90 MV 775 dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.