Modern.az

Xəzər Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

Xəzər Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

26 May 2023, 15:14

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə bu ali məktəbdə təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb.

 

Tədbirdə AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova, Xəzər Universitetinin rektoru İradə Xəlilova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, İctimai əlaqələr və media şöbəsinin direktoru Əlövsət Əmirbəyli,  Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva və həmin statusa layiq görülmüş tələbələr iştirak edib.

 

Tədbir İradə Xəlilovanın açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.

 

Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 

Xəzər Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Günel Ocaqverdiyeva İlqar qızı - İqtisadiyyat və Menecment fakültəsi

 

Şəfəq Qasımova İsrail qızı - İqtisadiyyat və Menecment fakültəsi

 

Ceyran Heydərova Əbdüləli qızı - İqtisadiyyat və Menecment fakültəsi

 

Əfsanə Dəmirçiyeva Mahmud qızı - İqtisadiyyat və Menecment fakültəsi

 

Gülal Hacıməmmədova Nəsimi qızı - Humanitar, Təhsil və Sosial Elmlər fakültəsi

 

Ləman Həşimova Şahid qızı - Humanitar, Təhsil və Sosial Elmlər fakültəsi

 

Afət Əhmədova Namaz qızı - Təbiət Elmləri və Mühəndislik fakültəsi

 

Zeynal Mərdanlı Kamran oğlu - Təbiət Elmləri və Mühəndislik fakültəsi

 

Almaz Cəfərova Eldəniz qızı - Təbiət Elmləri və Mühəndislik fakültəsi

 

Elyana Hüseynova İsa qızı - Təbiət Elmləri və Mühəndislik fakültəsi.

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.

 

Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır