Modern.az

Parlamentarilər Şəbəkəsi Azay Quliyevi təbrik etdi

Parlamentarilər Şəbəkəsi Azay Quliyevi təbrik etdi

5 İyul 2013, 16:27

Münaqişələrin Qarşısının Alınması üçün Parlamentarilər Şəbəkəsi Azay Quliyevi təbrik etdi. Modern.az-ın məlumatına görə, təbrikdə deyilir. 

Hörmətli, Azay Quliyev

İstərdim ki, Münaqişələrin Qarşısının Alınması üçün Parlamentarilər Şəbəkəsi adından Sizə ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini seçilməyinizlə bağlı səmimi təbriklərimi çatdırım.  

Birinci Ümumi Komitənin diqqət ayırdığı təhlükəsizliyin siyasi-hərbi aspektləri,  iştirakçı dövlətlər arasındakı əlaqələrin rəhbər prinsipləri, həmçinin hərbi inam yaratma tədbirləri kimi sahələr münaqişələrin qarşısının alınması üçün əhəmiyyətlidir.   

Biz münaqişələrin qarşısının alınması sahəsində qabaqcıl təcrübə sahibi kimi, Sizin müstəsna karyeranızı alqışlayırıq. Sizin QHT-lərlə, digər vətəndaş cəmiyyəti təşkilatları ilə və onlar üçün gördüyünüz işlər, həmçinin müxtəlif parlamentlərarası dostluq qruplarındakı üzvlüyünüz yeni əlaqələrin və müxtəlif ölkələrin cəmiyyətləri arasında daha yaxşı anlayışın qurulması vasitəsilə münaqişələrin qarşısının alınması istiqamətində göstərilən səylərin bariz nümunəsidir. 

İnanırıq ki, Sizin Azərbaycan Respublikası Parlamentinin üzvü və ATƏT Parlament Assambleyasının Birinci Ümumi Komitəsinin sədr müavini kimi missiyanız və istər şəxsi, istərsə də parlamentari və beynəlxalq səviyyədə olan güclü dəstəyiniz o ideallardandır ki, biz onları Parlamentarilər Şəbəkəsində bölüşürük. Sizin kimi görkəmli xadimi dəstəkləməklə, biz, münaqişələrin qarşısının alınması səylərinə yol açaraq siyasi iradə ortaya qoya bilərik.   

İcazə verin, bir daha fürsətdən istifadə edərək, Sizi ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini seçilməyiniz münasibətilə təbrik edək və Sizə mandatınızda uğurlar arzulayaq. Ümid edirik ki, Siz bizim Sülh Günü Kompaniyası kimi tədbirlərimizdə aktiv iştirakçı olaraq qalacaqsınız. Bundan sonra da müxtəlif sahələr üzrə qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımız və dialoqumuz möhkəmlənəcək və çoxşaxəli olacaq.


Hörmətlə,   

Angnes Venema

Proqram Kordinatoru 

Münaqişələrin Qarşısının Alınması üçün Parlamentarilər Şəbəkəsi    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...