Misir Qəzza bölgəsi ilə sərhəd keçid qapısı olan Rəfah qapısını bağlayıb. Modern.az ərəb KİV-lərinə istinadən bildirir ki, Rəfah keçid məntəqəsinin bağlanma səbəbi isə şimali Sinaydakı təhlükəsizlik qüvvələrinə hücumlardır. Misir təhlükəsizlik qüvvələri bu addımın Qahirədən verilən göstəriş əsasında atıldığını bildirib.Fələstin tərəfindən etibarlı mənbə də məlumatı təsdiqləyib.