Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Mərkəzi Aparatında daha bir neçə yeni təyinat olub.
Modern.az-ın məlumatına görə, Aparatda yeni yaradılmış Təhsil və Kadrlar şöbəsinin rəhbəri vəzifəsinə Sara Əfəndiyeva təyin olunub. Bu haqda qərar Rəyasət Heyətinin iclasında qəbul olunub. Qeyd edək ki, əvvəllər bu şöbə Doktorantura və kadrlar şöbəsi adlanırdı.
Rəyasət Heyətinin Mərkəzi Aparatında Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov təyin olunub. Bu şöbə əvvəllər Xarici Əlaqələr şöbəsi adlanırdı k.
AMEA Rəyasət Heyətinin qərari ilə AMEA RH Mərkəzi Aparatında yeni yaradılmış Hüquqi təminat şöbəsinin rəhbəri vəzifəsinə Azər Namazov təyinat alıb.
Modern.az