Modern.az

Putin azərbaycanlı alimi təltif etdi 

Putin azərbaycanlı alimi təltif etdi 

27 May 2023, 16:55

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alimi təltif edib.

 

Modern.az xəbər verir ki, Serqo Orconikidze adına Rusiya Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiri Vaqif Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub. Prezident Vladimir Putinin bu barədə sərəncamı dərc edilib.

 

V.Kərimov geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının və Dağ Elmləri Akademiyasının akademikidir. Hazırda universitetin geologiya və karbohidrogen yataqlarının kəşfiyyatı kafedrasının müdiridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi