Modern.az

Misirdə qanlı cümə - prezident parlamenti buraxdı

Misirdə qanlı cümə - prezident parlamenti buraxdı

5 İyul 2013, 20:40


Misirdə xalq üsyanı ilə devrilən prezident Məhəmməd Mursi tərəfdarları ilə hakimiyyəti ələ keçirən ordu gücləri arasında qanlı toqquşmalar başlayıb. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, paytaxt Qahirədə günün ikici yarısından yaşlayan iğtişaşlarda 4 Mursi tərəfdarı öldürülüb, xeyli sayda əsgər isə yaralanıb.

Tərəfdarlarının Mursinin saxlanıldığı yerə yürüş etməsinə imkan verməyən ordu onlara qarşı atəş açıb. Qanlı iğtişaşlar davam edir

Misir dövlət televiziyasının bu dəqiqələrdə yaydığı məlumata görə, müvəqqəti prezident Ədli Mənsur parlamentin buraxıldığını elan edib.

***

Ən son məlumatlara görə, Misirdəki toqquşmalarda 30-dan çox insan ölüb, 200 nəfər isə yaralanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...