Qafqaz Müsəlmanları İdarəsi dini təhsil almaq istəyən abituriyentlərlə bağlı məlumat yayıb. QMİ-dən Modern.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Bakı İslam Universitetinə qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti bu gün başa çatır.
Bildirilib ki, universitetdə iyulun 1-də fəaliyyətə başlayan Dini-Psixoloji Komissiya bu gün fəaliyyətini başa vuracaq.
Modern.az