Modern.az

Misirdə son durum: qanlı aksiyalar davam edir - FOTOLAR

Misirdə son durum: qanlı aksiyalar davam edir - FOTOLAR

6 İyul 2013, 12:52


Misirdə “Müsəlman Qardaşları” təşkilatının üzvləri ilə polisin toqquşmaları davam edir. Modern.az Misir KİV-lərinə istinadən bildirir ki, ölənlərin sayı 30 nəfərə çatıb. Təkcə İsgəndəriyyə şəhərindəki toqquşmalarda 13 nəfər ölüb, 200 nəfər isə xəsarət alıb. Öldürülən şəxslərdən biri əlində Misir bayrağı İsgəndəriyyənin Sidi Qaber məhəlləsindəki göydələnlərdən birinə qalxaraq Məhəmməd Mursi əleyhinə şüarlar səsləndirib. Onun ardınca göydələnə qalxan “Müsəlman Qardaşları” təşkilatının üzvləri gəncə bir neçə bıçaq xəsarəti yerirərək binadan yerə atıblar.  Toqquşmalarda təkcə soyuq silahdan istifadə olunmur. Belə ki, ötən gecə radikal islamçılar Təhrir meydanı yaxınlığında Mursi əleyhidarlarına atəş açaraq ən azı 4 nəfəri qətlə yetiriblər. Misir polisi isə “Müsəlman Qardaşları”nın azadlıqda qalan üzvlərinin həbsini davam etdirir. Belə ki, təşkilatın sədr müavini Heyrət əl-Şətir və onun qardaşı həbs olunublar. “Müsəlman Qardaşları”nın siyasi qanadı olan “Azadlıq və Ədalət” partiyasının sədri Səəd əl-Katani də hələ həbsdədir.

Partiyanın sədr müavini İslam əl-Ariani ötən gecəki toqquşmalarda partiyanın 17 üzvünün öldürüldüyünü bildirib. Yeni hakimiyyətlə heç bir halda əməkdaşlıq etməyəcəklərini bildirən əl-Ariani Mursinin azad edilərək hakimiyyətdə bərpa olunmasının şərt olduğunu bildirib. Əks halda etiraz aksiyalarını davam edəcəklərin əlavə edib. Ötən gecə Sinay yarımadasındakı Əl-Arişə şəhəri yaxınlığında polis bölməsinə atəş açılıb. Nəticədə iki polis əməkdaşının həlak olduğu bildirilir. Ehitam olunur ki, motosikletlərdə hadisə yerini tərk edən terrorçular Mursi tərəfdarlarıdır. Fələstinin Qəzza sektoru ilə sərhəd olan Sinay yarımadasımna əlavə qoşun və hərbi texnika göndərilib.


V.İsmayılov   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...