Modern.az

Həsən Ruhani İlham Əliyevin məktubuna cavab verdi

Həsən Ruhani İlham Əliyevin məktubuna cavab verdi

6 İyul 2013, 14:23


İran və Azərbaycan arasındakı münasibətlər dostluq və qarşılıqlı etimad üzərində qurulub. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevin ona ünvanladığı təbrik məktubuna cavabında deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyun ayının 16-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlamışdı.

H.Ruhani cavab məktubunda bildirib ki, İran və Azərbaycan arasındakı yaxşı münasibətlər dostluq və qarşılıqlı etimad üzərində qurulub: "Biz dost və qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi, xüsusilə də Tehran-Bakı münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsini alqışlayırıq".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...