Modern.az

Deputatdan beynəlxalq təşkilatlara ÇAĞIRIŞ: “Moldovalı ombudsmanın həyatı təhlükə altındadır”

Deputatdan beynəlxalq təşkilatlara ÇAĞIRIŞ: “Moldovalı ombudsmanın həyatı təhlükə altındadır”

6 İyul 2013, 15:09

“Moldova ombudsmanı Aureliya Qriqoriunun Xocalı soyqırımının törədilməsində ermənilərin məsuliyyət daşıdığı barədə Ermənistan parlamentində səsləndirdiyi çıxışa görə təhdid olunması terrorçulardan ibarət hökümətin iç üzünü bir daha ortaya qoydu. Ombudsmanın çıxışı tam həqiqətə uyğundur”.

Bu sözələri Modern.az-a Milli Məclisin deputatı, AVRONEST-in Enerji Komitəsinin sədri Fuad Muradov moldovalı rəsminin İrəvanda təhdid olunmasına münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti terrorçulardan ibarət olduğu üçün onlar moldovalı qadına hər an təcavüz edə bilərlər. Hətta böhtan atıb, həbs də edə bilərlər.

“Ermənistandakı terrorçu hakimiyyət yaxın tarixdə çox belə hadisələr törədib. Buna əl atmaq onlar üçün problem deyil. Aureliya Qriqoriunun həyatı təhlükə altındadır. Beynəlxalq təşkilatlar tez bir zamanda bu biabırçı faktla bağlı münasibətini bildirməli və həyatı təhlükə altına düşmüş Moldova rəsmisinə köməklik göstərməlidirlər”-deyə F.Muradov vurğulayıb.

Xatırladaq ki, xanım Qriqoriu Ermənistan parlamentində keçirilən Ümumavropa Konfransı zamanı çıxış edərkən “Xocalıda baş verən soyqırımını ermənilər törədib və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırımı həyata keçirib”-deyib.

Buna görə Ombudsmanı Aureliya Qriqoriu İrəvanda ölüm təhdidi ilə üzləşib. Erməni rəhbərliyi həmin çıxışa görə Ombudsmanı açıq şəkildə təhdid etməklə bərabər, onun ölkəni tərk etməsinə də imkan vermir.

İyulun 5-də Azərbaycan XİN bəyanat verərək Ombudsmanın həqiqətləri dilə gətirməsini yüksək qiymətləndirib.


Ermənistanda Moldovanın ombudsmanını ölümlə hədələyiblər

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...