Ötən həftə Azərbaycan klubları Avropanın 2-ci mötəbər turniri olan UEFA – Avroliqa turnirində ilk oyunlarını keçirdilər. Ümumilikdə klublarımız bir qələbə, iki qollu bərabərlik qazandılar.
Ağdamın “Qarabağ” klubu kifayət qədər yaxşı tanıdığı Makedoniyanın “Metallurq” klubu ilə səfərdə qarşılaşdı. Üç il öncə ümumi hesabda makedoniyalıları 5- 2 hesabı ilə məğlub edən “qarabağ”lı futbolçular oyun öncəsi maralı fikirlərdə səsləndirmişdilər. Komandanın kapitanı Rəşad Sadıxov bu komanda ilə qarşılaşmasaydıq daha yaxşı olardı fikirini səsləndirmişdi. Kapitan fikrini belə izah edib: “Metallurq bizi yaxşı tanıyır, oyun üslubumuza da bəllədilər“.
Klublarımızdan yeganə qələbə məhz “Qarabağ”dan gəldi
“Xəzər Lənkəran” ümidləri puç etməkdə davam edir. Mövsümü uğursuz başa vuran cənub təmsilçisi “Xəzər Lənkəran” ümidləri puç etməkdə davam edir. Çünki Avroliqada debüt edən Malta “Silma”sı ilk görüşdə də Toşakın yetirmələrinə sevinməyə imkan vermədi. Komandamız cırtan ölkənin komandası ilə bir-birlik bərabərliyə qaldı. Hətta komandanın baş məşqçisi Con Toşak bu uğursuzluğu belə izah edib: “Biz bir yoxlama oyunundan imtina etdik və gecə yarısı Maltaya yola düşməli olduq. Bütün bunlar istənilən halda komandaya təsir edir. Komandamın oyunundan razı qalmasam da qınamaq istəməzdim“. Toşak ümüdini itirməyib: “Ümid edirəm ki, bir daha belə səhvlər olmaz”. Ən pis nəticəmiz paytaxtın “İnter” klubundan gəldi.
“Qarabağ” və ” Xəzər Lənkaran” klublarından fərqli olaraq paytaxt klubu ilk oyununu ölkəmizdə keçirdi. Makedoniyanın “ Mariehamn” komandasını qəbul edən Kaxaber Tsxadadzenin yetirmələri azarkeşlərini sevindirə bilmədi. “Silma”dan qat-qat güclü olan Finlandiya təmsilçisi “Mariehamn” Bakıdan sərfəli nəticə ilə dönməyi bacardı. Fin futbolçular vəzifənin öhdəsidən artıqlaması ilə gəldilər, qollu heç-heçə əldə etməklə (1-1). Beləliklə, bu nəticə ilə “ İnter” klubu Avroliqanın ilk oyunları çərçivəsində klublarımızın adına ən pis nəticəyə imza atdı.
Abbas Qəmli