Modern.az

Milli QHT Forumu ombudsmanla bağlı bəyanat verdi

Milli QHT Forumu ombudsmanla bağlı bəyanat verdi

6 İyul 2013, 16:13


Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) moldovalı ombudsmanın İrəvanda saxlanılması ilə bağlı etiraz bəyanatı vedib. Modern.az-ın məlumatına görə, MQF-nin bəyanatında deyilir.

  - Zaman keçdikcə Ermənistanın Azərbaycan torpaqlarını işğal faktının, irqi və milli ayrı-seçkilik siyasətinin dünyanın müxtəlif instansiyaları tərəfindən etrafı artmaqdadır. Bu günlərdə Moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistan parlamentindəki məruzəsində rəsmi İrəvanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və azərbaycanlılara qarşı soyqırım törətməsini açıq şəkilə bildirməsi bunun bariz sübutudur.

Ancaq bu hadisədən sonra işğalçı dövlətin Moldovalı ombusdmana qarşı dözümsüzlük nümayiş etdirməsi və həyatına qarşı açıq təhlükə yaratması beynəlxalq hüquq normalarının Ermənistan üçün nə dərəcədə əhəmiyyətsiz dəyər olduğunun göstəricidir. Ombudsman Qriqoriunun mehmanxanada qapalı vəziyyətdə saxlanılması, intiqam hissi ilə alışıb yanan ermənilərin onun olduğu nömrəyə soxulmağa çalışması, rəsmi dairələrin isə hadisəyə seyrçi mövqedən yanaşması ciddi beynəlxlaq skandala səbəb olacaq bu hərəkətin Ermənistanın rəsmi mövqeyi olduğunu göstərir. Heç şübhəsiz ki, bu hadisə ifadə azadlığının məhdudlaşdırılması, söz azadlığına qəsd və digər bütün növ beynəlxalq hüquq normalarının kobud şəkildə tapdanmasıdır.

Xatırlatmağı özümüzə borc bilirik ki, bu gün Moldova ombudsmanına qarşı nümayiş etdirilən bu dözümsüzlük faktı 1988-ci ildə Ermənistanın 300 minədək azərbaycanlını doğma torpaqlarından insan hüquqlarının ayaqlar altına atılması ilə müşahidə edilən deportasiyası ilə başlamış, daha sonra isə Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalı ilə davam etdirilmişdir. Beynəlxalq sənədlərdə də əksini tapdığı kimi narkoticarəti və terrorçuluğu dəstəkləməyi dövlət siyasətinə çevirmiş Ermənistanın xarici bir ölkənin insan hüququları üzrə müvəkkilinin sadəcə fikrinə görə həyatını təhlükəyə məruz qoyması bizdə dərin hiddət doğurur. Biz sıralarında 600-dən artıq QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) olaraq başda həmsədr dövlətlər – Rusiya, ABŞ, Fransa olmaqla bütün mütərəqqi dünyanı beynəlxalq hüquq normalarının kobud şəkilə pozulması ilə müşahidə edilən bu hadisəyə münasibət bildirməyə, Ermənistanın 25 ildən artıq müddətdə Azərbaycan torpaqlarının işğal altına saxlamasını pisləməyə çağırırıq.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...