Modern.az

İlham Əliyev Peyntbol və Atıcılıq Mərkəzində - FOTOLAR

İlham Əliyev Peyntbol və Atıcılıq Mərkəzində - FOTOLAR

7 İyul 2013, 11:32

Prezident İlham Əliyev Ağstafa rayonuna səfəi zamanı buradakı Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olub. Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzi barədə prezidentə məlumat verib. Bildirib ki, burada inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunub.
Qeyd olunub ki, 2,6 hektar ərazidə inşa edilmiş mərkəzin inzibati binasının ümumi sahəsi 510 kvadratmetr olmaqla ikimərtəbəlidir. İnzibati binada silah və ov ləvazimatları mağazası, həkim məntəqəsi, silah və paltar seçimi, təlimatçılar, xüsusi geyim otaqları və kafe var.
Dövlət başçısı həvəskar komandaların şərti döyüşünü izləyib.
Mərkəzdə müşahidə məntəqəsi, rayonda Olimpiya hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə Olimpiya idman növü olan stend atıcılığı və idman ovçuluq atıcılığı meydançası da tikilir. Peyntbol meydançasında süni maneə və taxta evlərin quraşdırılması başa çatıb.
Bildirilib ki, mərkəz həm də istirahət və əyləncə məkanı kimi fəaliyyət göstərəcək. Burada idman silahlarından istifadə etməyin xüsusi qaydaları müəyyən edilib. Mərkəz yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlıqlarında mühüm rol oynayacaq.
Dövlət başçısı peyntbol silahı ilə hədəfə atəş açıb.
Prezident İlham Əliyev oxatanların və stend atıcılarının çıxışlarına baxıb.
Mərkəzin ərazisində Olimpiya yarışlarında tətbiq olunan və bütün texniki inventarlarla təchiz edilmiş sahə də yaradılıb.
Prezident İlham Əliyev mərkəzdə görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verib.





Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...