Azərbaycan universitetlərində “Kosmik tədqiqatlar” fakültəsinin yaradılması təklif edilib.
Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə çıxış edib.
“Bu sahə üzrə çox ciddi mütəxəssislər hazırlanmalıdır. Ola bilər ki, çox maliyyə tələb etsin, bu zaman dövlət tərəfindən maliyyələşdirilmə və ya xarici universitetlərdə mütəxəssis yetişdirilməsini təmin etməliyik”, - deyə deputat təklif edib.