Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Səbail rayonunda, Bakı buxtasında keçirilən motorlu qayıqlar üzrə “Formula-2” yarışında iştirak edən qayıqlardan ikisi qəzaya uğrayıb. Dərhal qəzaya uğramış qayıqlar və onların pilotları Fövqəladə Hallar Nazirliyinin ərazidə rezin qayıqlarla patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıb.
Modern.az