Modern.az

Doktoranturaya xarici dillər üzrə qeydiyyat başa çatır

Doktoranturaya xarici dillər üzrə qeydiyyat başa çatır

Təhsil

31 May 2023, 11:38

Namizədlərin doktoranturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyatı başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.

 

İştirakçılar DİM-in internet saytında “Şəxsi kabinet" (//ekabinet.dim.gov.az) yaratmalı (Şəxsi kabineti olmayanlar) və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

 

Xatırladaq ki, xarici dillər üzrə qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il iyunun 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza