Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin silahlı tərəfdarları Qahirənin Ayn Şəms ərazisində iki Misir əsgərini həbs ediblər. Modern.az bu barədə ərəb KİV-lərinə istinadən xəbər verir. Ordu rəsmisi də bu məlumatı təsdiqləyib. Rəsminin sözlərinə görə,Samir Abdullah Əli və Əzzam Hazim Əli adlı şəxslər zorla maşına minirilib və reproduktordan Mursi lehinə ,ordu əleyhinə şüarlar deməyə məcbur edilib.
Peykər İbrahimova