Modern.az

Putin və Nazarbayev “SSRİ”nin ANONS-nu verdi: “Gələn il yaradılacaq”

Putin və Nazarbayev “SSRİ”nin ANONS-nu verdi: “Gələn il yaradılacaq”

8 İyul 2013, 15:55

“Avrasiya İqtisadi Məkanı və Vahid Gömrük İttifaqı gələn il yaradılacaq”. Modern.az bildirir ki, bu bəyanatla Qazaxstan prezidenti Nursultan Nazarbayev Astanaya səfərə gəlmiş Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı çıxış edib.

N.Nazarbayevin sözlərinə görə, Rusiya prezidenti ilə Astanada keçirdiyi görüş zamanı iki ölkə arasında siyasi münasibətlər, Gömrük İttifaqı və Vahid İqtisadi Məkan barədə müzakirə aparıblar.   

V.Putin isə öz növbəsində N.Nazarbayevi Vahid Gömrük İttifaqının banisi adlandırıb.
“Bu ideya sizə məxsusdur. Siz Gömrük İttifaqı ideyasının banisisiniz. Biz bu ideyanı genişləndirmişik”-deyə Putin vurğulayıb.

Rusiya prezidenti bildirib ki, bu, postsovet məkanında böyük addımdır. “Biz indi bunun səmərəsini hiss edirik. Dünya iqtisadiyyatında baş verən bugünkü problemlərlə müqayisədə bu daha aydın görünür”-deyə Kremlin sahibi qeyd edib.   

“Bütün hallarda inteqrasiya xarakterli bu münasibətlər bizə bu yöndə dünyada baş verən problemlərə nəzər salmağa imkan verir”-deyə Putin əlavə edib.

Xatırladaq ki, Azərbaycan Vahid Gömrük İttifaqına qoşulmaqdan imtina edib. 

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...