Modern.az

Xaricdə təhsil alan 102 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil alan 102 nəfərin diplomu tanınmadı

Təhsil

1 İyun 2023, 16:44

May ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Bu barədə Modern.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

 

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 94, dövlət nümunəli olmayan diplom səbəbilə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 328, Rusiyadan 151, Türkiyədən 109, Gürcüstandan 54, Belarusdan 30, digər ölkələrdən isə 62 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 95, iqtisadiyyat üzrə 80, hüquqşünaslıq üzrə 69, menecment üzrə 44, bizensin idarə edilməsi üzrə 40 müraciətçi qeydə alınıb.

 

Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı