Modern.az

İlqar Məmmədovun vəkili: “Sürpriz gözləyirik, bundan narahatıq”- AÇIQLAMA

İlqar Məmmədovun vəkili: “Sürpriz gözləyirik, bundan narahatıq”- AÇIQLAMA

8 İyul 2013, 17:23


“İyun ayının 18-nə qədər Azərbaycan hökuməti Avropa Məhkəməsinin sorğusunu cavablandırmalı idi. Biz də həmin cavabın surətini onlardan almalı idik. Üzərindən 20 gün vaxt keçib. Buna baxmayaraq hələ ki heç bir cavab verilməyib”. Bunu Modern.az-a İlqar Məmmədovun vəkili Fuad Ağayev deyib.

Onun sözlərinə görə iyunun 18-ə kimi Azərbaycan hökuməti Avropa Məhkəməsinin onlara ünvanladığı suallara cavab verməlidir. Amma hələ ki bununla bağlı heç bir cavab verilməyib.

“Azərbaycan tərəfindən hər çür surpriz gözləyirik və bundan narahatıq”-deyə Fuad Ağayev bildirib.

Vəkil İlqar Məmmədovun saxlanma şəraitinin və səhhəti ilə bağlı danışmaq istəməyib.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi İ. Məmmədovu İsmayıllı hadisələrində təqsirli bilərək barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. İ.Məmmədovun həbs müddəti bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunur.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...