Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov sabiq millət vəkilinin ondan imtina etməsinə münasibət bildirmək istəməyib. Vəkil Kamandar Nəsibov Modern.az-a bildirib ki, jurnalistlər sualı Hüseyin Abdullayevə verməlidirlər və eks deputat bu barədə danışmalıdır.
“Mən bu barədə heç nə demək istəmirəm. Bir söz deyirəm gedib üstünə beşini də qoyub deyirlər. Ona görə də bu barədə heç bir şərh vermirəm. Özü ilə danışın”.
Xatırladaq ki, sabiq millət vəkili Hüseyn Abdullayev vəkili Kamandar Nəsibovun onun bəyanatını təkzib etdiyinə görə vəkilliyindən imtina edib. Eks millət vəkili bildirib ki, mənim bu adda vəkilim yoxdu, o, hakimiyyətə satılıb və bəyanatımın da üstündə dururam.
Gültəkin Ələsgər