Prezident İlham Əliyev Ərəstü İsaoğlu Həbibbəyliyə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölkə başçısının digər sərəncamı ilə Nigar Akif qızı Hacıyevaya birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Qeyd edək ki, Ə.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəylinin oğludur.
Modern.az