Modern.az

Azərbaycanın tanınmış yazıçısı vəfat edib

Azərbaycanın tanınmış yazıçısı vəfat edib

Təhsil

9 İyul 2013, 10:01

Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Modern.az saytı xəbər verir ki, nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, antisovet "İldırım" təşkilatının qurucularından biri Gülhüseyn Hüseynoğlu iyulun 8-də vəfat edib.

Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olub. 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda alıb. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, aspiranturaya qəbul olunub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1956-cı ildə ona tam bəraət verilib, aspiranturaya bərpa edilib. Universitetdə müəllim saxlanıb.
Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə çap olunub.

M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.
Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb. Modern.az
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...