Modern.az

Obamadan azərbaycanlılara Ramazan təbriki

Obamadan azərbaycanlılara Ramazan təbriki

Təhsil

9 İyul 2013, 09:58

ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Obama Ramazan müsəlmanlar üçün din və etiqad vaxtıdır:

"Ramazan müsəlmanlar üçün dərin düşünmə, din və etiqad vaxtıdır. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərini reallaşdırmaq imkanıdır. Bu əlaqələr bir çox hallarda bizləri ayıran fərqlilikdən daha möhkəmdir" .

ABŞ prezidentinin sözlərinə görə, amerikalı müsəlmanlar ölkənin inkişafına öz töhfəsini verir, hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyir.

Obama qeyd edib ki, ötən 4 il ərzində olduğu kimi, bu il də bir qrup müsəlmanı Ağ Evdə iftar süfrəsinə dəvət edəcək.

Obama həmçinin bəyan edi b ki, Vaşinqton Yaxın Şərq və Afrika müsəlmanlarının  ölkələrində demokratik dəyişikliklərin olması üçün fəaliyyət göstərəcək.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...