Modern.az

İnstituta müvəqqəti direktor təyin olundu

İnstituta müvəqqəti direktor təyin olundu

Təhsil

2 İyun 2023, 13:12

Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru vəzifələrini icra edən təyin olunub.

 

AMEA-dan Modern.az verilən xəbərə görə, bu münasibətlə keçirilən yığıncaqda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevi institutun Elmi şurasına təqdim edib.

 

Fərhad Quliyev bundan əvvəl AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasına rəhbərlik etmiş, Elmi fond və ekspozisiya şöbəsinin müdiri vəzifəsində işləmişdir.

 

Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycan arxeoloqlarının Yaponiya və Koreya birgə ekspedisiyalarına rəhbərlik etmiş, Türkiyə arxeoloqları ilə ortaq tədqiqatlar aparıb. Göytəpə neolit arxeoloji abidəsinin üzə çıxarılması və tədqiqində onun mühüm elmi nailiyyətləri var.

 

Xarici ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda Azərbaycan arxeologiyasına aid məqalələri çap olunub. Ölkəmizdə 2 və xaricdə 2 kitabı nəşr edilib.

 

Təqdimetmə mərasimində institutun əməkdaşlarından professor Hidayət Cəfərov, professor Qafar Cəbiyev, professor Əsədulla Cəfərov və başqaları çıxış ediblər.

 

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə həyəcanlı dəqiqələr- Ərdoğandan tarixi gediş