Modern.az

Horadiz sakinləri Heydər Əliyev Fonduna minnətdarlıq ediblər

Horadiz sakinləri Heydər Əliyev Fonduna minnətdarlıq ediblər

Təhsil

9 İyul 2013, 11:03


Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzuli rayonunda iqtisadiyyat, mədəniyyət, abadlıq – quruculuq sahəsində irimiqyaslı işlər görülmüş və görülməkdədir. Bu barədə Füzuli rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonda əhalinin həyat səviyyəsinin yüksəldilməsində, onlara göstərilən xidmətin yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun, onun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük köməkliyi olub. Keçən il Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 240 şagird yerlik iki mərtəbəli, ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, komputer, istilik sistemi ilə təchiz olunmuş, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək əraziyə qayıdıb gələn füzulidən olan məcburi köçkün uşaqlarının istifadəsinə verilib. Məktəbin foyesində Heydər Əliyevin büstü qoyulub, onun həyat fəaliyyətini əks etdirən foto sərgi təşkil olunub. Foyedə həmçinin ölkə başçısının Füzuli rayonuna səfərlərinin əks etdirən stend, rayonun Milli Qəhrəmanlarının həyatlarını əks etdirən güşə yaradılıb. İlk dərs ilində məktəbdə 188 şagird təhsil alıb.

Yeni dərs ilində məktəbdə 220 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Heydər Əliyev Fondunun hesabına tikilərək istifadəyə verilmiş məktəbdə 36 nəfər müəllim və texniki işçi daimi işlə təmin olunub. Horadiz şəhərinin simasına yeni bir gözəllik bəxş edən həmin məktəbin tikilərək istifadəyə verilməsinə görə şəhər sakinləri Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya minnətdardırlar.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...