Modern.az

"Mahir Abdullayev Novxanıda saxlanılır" - VİDEO

"Mahir Abdullayev Novxanıda saxlanılır" - VİDEO

Təhsil

9 İyul 2013, 13:52

Mahir Abdullayevin Hüquqlarının müdafiə Komitəsi “Azadlıq.TV”-yə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə Mirsahib Məcidov arasında gedən danışığın 2-ci hissəsini təqdim edib.

Modern.az-ın məlumatına görə, videonun 2-ci hissəsində Mirsahib Məcidov M. Abdullayevin Novxanıda bağların birində saxlandığını iddia edir. E. Abdullayev təkidlə bağın yerini soruşsa da Mirsahib Məcidov bağın yerini demir: “Bağ dənizin sahilində deyil. Hündür divarlarla əhatə olunub. Yəqin kiminsə adına sənədləşdirilib. İndi qaçqınların adına villalar sənədləşdirirlər”. Daha sonra Mirsahib Məcidov bildirir ki, M. Abdullayevin oğurlanmasında dostu Qulu Cəfərovun əsas rol oynadığını bildirir: “Qulunun külli miqdarda borcu olub. 950 min. Pulu Mahirə ödəməmək üçün oğurlayıblar. Nəğd pul olub, maşın olub, kafe olub”. Mir sahib Məcidov bildirir ki, Q. Cəfərovun arxasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Akif Covdarov durur. Mirsahib Məcidov qeyd edir ki, M. Abdullayev aktirisa Mətanət İskəndərlinin evindən aparılıb: “Mahir aparılanda huşsuz olub. Onu Mətanətin evindən aparıblar. Çağırıblar ora bu da gedib. Mahir Mətanətə etibar edirdi. Ağlınada gəlməzdi ki, onu apararlar”.  Misahib Məcidov qeyd edir ki, M. Abdulayevin qaytarılması üçün bir necə dəfə Qulu Cəfərovla görüşüblər: “Bir dəfə görüşə Qobu qəsəbəsinə dəvət etdilər. Qobuya çatınca 2-ci döngədə gözləyiblər bizi. Natiqi ora göndərməyə qorxurdum düzü. Snayperi qoyarlar bir yerə vurardılar. Natiqində 1 uşağı var balaca. Ömürlük gözü gölgəli olardım. Sonra şəhərdə görüşürük. Bir dəfə görüşdə şəkili Eldar da olub. Görüş yerini özləri təyin edirlər”.
 
Qeyd edək ki, təqdim edilən videolent çəkilən gün Natiq Babaşov M. Abdullayevin çəklişi olan videokasseti gətirmək üçün Xacmaz rayonuna gedib.
 
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi videolentləri Baş Prokurorluğa təqdim ediləcəyini bildirib. Sonda onu da qeyd edək ki, videolentlər komitəyə Elşad Abdullayev tərəfindən göndərilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...