Modern.az

TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi

9 İyul 2013, 15:46

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahan nəticələrinin mobil telefon vasitəsi ilə öyrənilməsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün odəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

“Elektron ərizə vermək üçün odəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi