Modern.az

Bu ildən yeni məktəbli formalarına keçiləcək

Bu ildən yeni məktəbli formalarına keçiləcək

Təhsil

5 İyun 2023, 12:31

2023-2024 təhsil müddətində məktəblərdə yeni müəyyənləşdirilmiş formalar geyiniləcək.


Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, yeni tədris ilindən ölkə üzrə bütün məktəblərdə yeni məktəbli formalarının tədbiqi başlanılacaq.


"Hər il mart ayında məktəbin pedoqoji şurası toplanır. Burada formalara hansı şəkildə keçid ediləcəyi müəyyənləşdirilir. Biz nazirlik olaraq neçə məktəbdə yeni formaya keçildiyini öyrənirik. Formaya keçmək barədə məktəbin pedoqoji şurası qərar verirsə, yeni formanın keyfiyyətinə uyğun forma seçməlidir. Əgər məktəbdə heç bir maneə yoxdursa, yeni formaya keçirilməlidir", - deyə nazirlik rəsmisi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!