Modern.az

Bazar günü magistraturaya qəbul imtahanı keçiriləcək

Bazar günü magistraturaya qəbul imtahanı keçiriləcək

5 İyun 2023, 12:34

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına qəbul imtahanı (II cəhd) 11 iyun 2023-cü il tarixində keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən xəbərə görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

 

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa bakalavr imtahana buraxılmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?