Modern.az

Məktəblilərimiz beynəlxalq olimpiadada uğurla çıxış edib

Məktəblilərimiz beynəlxalq olimpiadada uğurla çıxış edib

5 İyun 2023, 13:07

Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi tərəfindən keçirilən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.

 

Təhsil İnstitutundan Modern.az-a bildirilib ki, beynəlxalq olimpiadanın birinci mərhələsi mayın 31-də, ikinci mərhələsi isə iyunun 1-də keçirilib. Dörd məktəbli ilə yarışda təmsil olunan komandamızın bütün üzvləri adlarını qaliblər siyahısına yazdırıb. Belə ki, Türk Dəyanət Vəqfi Bakı Türk liseyinin 8-ci sinif şagirdi Zəhra İbişova gümüş medala layiq görülüb. Kimya-biologiya təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi Rəfiqə Qəmbərova, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 8-ci sinif şagirdi Davud Tarverdili və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Fərhad Hüseynov isə bürünc medallar qazanıblar.

 

Qeyd edək ki, müsabiqədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 30-a yaxın şagird iştirak edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir