Modern.az

Bu il STEAM layihəsi 180 min şagirdi əhatə edəcək

Bu il STEAM layihəsi 180 min şagirdi əhatə edəcək

Təhsil

5 İyun 2023, 13:54

Bu il STEAM layihəsi 180 min şagirdi əhatə edəcək. Bu göstərici Azərbaycan məktəblərindəki şagirdlərin 10 faizi deməkdir.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə deyib.

 

Onun sözlərinə görə, 400 minə yaxın şagird rəqəmsal bacarıqlar layihəsinə qoşulacaq. Ötən illə müqayisədə bu say 100 min artıb.

 

Bu il 200 məktəbdə peşə təmayüllü siniflərin yaradılması planlaşdırılır. Peşə təmayülünü bitirən şagirdlər sertifikat alırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq