Modern.az

Avropalı deputatlar Ağdama səfər ediblər

Avropalı deputatlar Ağdama  səfər ediblər

Təhsil

9 İyul 2013, 18:25

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri iyulun 9-da Ağdam rayonuna  səfər ediblər. Modern.az-ın məlumatına görə, Avropa Parlamentinin üzvləri əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olublar. Rayon İcra hakimiyyətinin başçısı Nizami Sadıqov və Milli Məclisin deputatı Fazil Mustafa qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat veriblər.
Sonra Avropa Parlamentinin üzvləri Quzanlı qəsəbəsindəki mədəniyyət evində Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş “Qafqaz Xirosiması” filminə baxıb, həmçinin uşaq musiqi məktəblərinin xor kollektivlərinin ifasını dinləyiblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...