Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində bir qadının intihara cəhd etməsi barədə məlumat daxil olub. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1983-cü il təvəllüdlü qadın intihar etmək məqsədi ilə adıçəkilən ünvanda 12 mərtəbəli binanın blok hissəsində pilləkən meydançasına açılan pəncərəyə çıxıb. Xilasedicilər qadınla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar. Xilasetmə əməliyyatı saat 17:12-də başa çatıb.
Modern.az