Türkiyə Qəzetçilər Federasiyası (TQF) Misirdə saxlanılan türk jurnalistlərlə bağlı bəyanat yayıb. Bu barədə Modern.az-a TQF-nin başqanı Atilla Sertel məlumat verib.
Bəyanatda “Star” telekanalının müxbiri Murat Ulsu və operator Zəfər Karakaş, “A” xəbər informasiya xidmətinin əməkdaşı Fatih ER və operator Tufan Güzelgün n xidməti vəzifəsini yerinə yetirərkən saxlanıldığı bildirilib.
A.Sertel Türkiyə Xarici İşlər Nazirliyi və Qahirədəki Türkiyə səfirliyi başqa olmaqla bütün qurumlarını jurnalistlərin azad olunması üçün köməyə çağırıb.
Modern.az