Modern.az

Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərginləşib”

Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərginləşib”

10 İyul 2013, 10:22

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cəbhə xəttində vəziyyət gərginləşib. Bildirilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Tovuz rayonunun Ağdam və Koxanəbi kəndinlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...