Modern.az

Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahan TARİXİ

Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahan TARİXİ

6 İyun 2023, 12:26

Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahan keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə mövzusunda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, imtahan 20-24 iyun tarixlərində baş tutacaq. Bununla da test imtahanı başa çatacaq.

 

Şöbə müdiri qeyd edib ki, nəticələrdə hansısa dəyişiklik edilməsi üçün yeni imtahan nəzərdə tutulmur: "Hər kəs sertifikasiya imtahanında yalnız bir dəfə iştirak edir. Əldə olunan nəticə müəllimin növbəti 5 illik fəaliyyətini şərtləndirir".

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək