Modern.az

Aeroport yolundakı ağır qəza barədə rəsmi məlumat yayıldı

Aeroport yolundakı ağır qəza barədə rəsmi məlumat yayıldı

10 İyul 2013, 11:34

Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında aeroport yolunda baş vermiş yol qəzası  barədə rəsmi məlumat yayıb. Rəsmi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “Daewoo” markalı avtobus, “KİA” və “BYD” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı avtomobilin sürücüsü - 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:44-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...