Modern.az

"Gənc alimlər üçün ev tikilsin" – AMEA-dan Əli Həsənova təklif

"Gənc alimlər üçün ev tikilsin" – AMEA-dan Əli Həsənova təklif

10 İyul 2013, 13:16

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında gənc alimlərin ümumi yığıncağında keçirilib. Modern.az xəbər verir ki, AMEA-nın əsas binasının dairəvi zalında keçirilmiş tədbirdə gənc alimlərin nailiyyətləri və problemləri, onlara göstərilən dövlət qayğısı barədə geniş məlumatlar AMEA-nın prezidenti akademik Akif Əlizadə, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və akademiyanın bütün elmi müəssisələrinin rəhbərlərinin diqqətinə çatdırılıb. 
Yığıncaqda AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov gənc alimlərin son 5 ildəki uğur və nailiyyətlərindən danışıb. O bildirib ki, gənc alimlər Azərbaycanda və xaricdə mötəbər beynəlxalq konfrans, seminar və layihələrdə iştirak edir, yüksək impakt faktorlu jurnallarda elmi məqalələr dərc etdirir.
Mərkəz rəhbəri həmçinin gənc alimlərin sosial problemlərinə də toxunub. O, “Elm siyasəti haqqında” Qanunun qəbulunun zəruriliyi vurğulayıb. GİİM-in rəhbəri bu sənədin gənc alimlərin sosial problemlərinin həlli, o cümlədən fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinə görə verilən əlavə vəsait məbləğinin, həmçinin ekspedisiyalara ayrılan maliyyənin artırılmasına müsbət təsir göstərəcəyinə ümidini ifadə edib. İ. Orucov Elm Gününün təsis olunmasının da əhəmiyyətini vurğulayıb.

Natiq alimlərin mənzil təminatının da aktual problemlərdən olduğunu qeyd edərək bildirib ki, elmi dərəcəsi olan şəxslər güzəştli ipoteka krediti almaq imkanından lazımınca yararlana bilmirlər. Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması alimlər üçün çoxmənzilli binanın tikilməsi probleminin həllində yardımçı ola bilər.
İ. Orucov doktorantura və magistratura müddətində oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi təşəbbüsünü də irəli sürərək, bunun elmin inkişafı üçün əhəmiyyətli olduğunu söylədi.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...