Modern.az

Keçmiş təhsil naziri Mikayıl Cabbarovu dəstəkləyir

Keçmiş təhsil naziri Mikayıl Cabbarovu dəstəkləyir

10 İyul 2013, 14:14


“Yeni təhsil naziri Mikayıl Cabbarovun atdığı addımı dəstəkləyirəm. Bu çox doğru qərardır”. Bunu Modern.az-a açıqlamasında keçmiş təhsil naziri Firudin Cəlilov deyib. O, qiyabi təhsilin ləğvi ilə bağlı ideyanı müsbət qarşılayıb. “Hələ təhsil naziri olduğum zamanlarda qiyabi təhsilin sayını yarıbayarı azaltdım. O zamanlar fikrim bu idi ki, qiyabi təhsil ləğv olunsun. Axşam şöbəsində qəbulu azaltdım ki, əyani təhsilə yer çox qalsın”.

Eks-təhsil naziri bir çox gəncin qiyabi təhsil sistemini seçməsinə də aydınlıq gətirib.
“İqtisadi durumu nəzərə alıb məhz, qiyabi təhsil sistemini seçirlər. Sovet dövründə işçi təbəqəsi vardı. Xüsusilə kolxozda çalışan insanlar qiyabi təhsilin axşam şöbəsində təhsil almağa üstünlük verirdi. İndi o dövr deyil. İndi elmin, texnikanın inkişaf elədiyi dövrdə uzaqdan təhsil də olmalıdır. Amma biz hələ ki o təhsil sisteminə hazır deyilik. Azərbaycanda qiyabi təhsil isə kağız üzərindədir”.                                                                  F. Cəlilov qiyabi təhsilin ləğv olunmasının təhsil sistemində ciddi dəyişikliyə səbəb olmayacağı düşüncəsindədir. “Sadəcə olaraq saxta diplomların sayı azalacaq”.   Namidə BİNGÖL  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...